Dekabrın 25 -də AMEA- nın Nəsimi adına Dilçilik İnstitutunda “Kitabi Dədə Qorqud” dastanının elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Dilçilik İnstitutunun mətbuat əlqələndiricisi Təranə Şükürlünün Teleqraf.com-a verdiyi məlumata görə, konfrans Prezidentin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən keçirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, Azərbaycan ədəbiyyatında Həmid Araslı, dilçilikdə Əbdüləzəl Dəmirçizadə “Kitabi Dədə Qorqud”un tədqiqi ilə məşğul olublar. Möhsün Nağısoylu qeyd edib ki, 1815-ci ildən tədqiq olunmağa başlayan nadir abidədir: “Dədə Qorqudun hər sətrini dönə-dönə oxuduqca yeniliklər tapmaq mümkündür”.
Tədbirdə çıxış edən alimlər - Sevil Mehdiyeva, İsmayıl Məmmədov, Əzizxan Tanrıverdi, Vahid Zahidoğlu , İslam Sadiq Dədə Qorqud abidəsinin böyüklüyündən, Azərbaycan xalqının ümummədəni göstəricisi olmasından bəhs ediblər.
Professor Sevil Mehediyeva "Kitabi- Dədə Qorqud xalq dastanlarında" adlı məruzəsində bildirdi ki, XI yüzillikdə xalq ozanlarının dilindən yazıya alınmış "Kitabi - Dədə Qorqud" dastanı ümumən mədəniyyət tariximizdə, xüsusən ədəbi dil tariximizdə əbədi-bədi hadisənin əsasını qoydu. Dastanın linqvistik- poetik ənənələri sonrakı dövrlərdə davam etdirilərək, Azərbaycan ədəbi dilinin milli ənənələr üzərində zənginləşməsinə və inkişafına rəvac vermişdir
SEVİL