Milli Məclisin bu gün keçirilən plenar iclasında xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin aradan qaldırılması qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev deyib ki, layihəyə əsasən, qanunun 22.7-ci maddəsi ləğv edilib: “Təklif olunan mətndə qeyd edilir ki, xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyət aradan qaldırılır. Bununla da mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq”.
Nemət