Azərbaycanda Norvuz bayramı ilə əlaqədar tətil günləri başlayıb.
Teleqraf.com xəbər verir ki, bayramla əlaqədar 9 gün iş olmayacaq.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günüdür.
Əmək Məcəlləsinə əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq.
Bu gün - martın 19-u şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.
Beləliklə, Novruz bayramında martın 19, 20, 21, 22, 23, 24, 25, 26, 27-si iş olmayacaq. Bayramdan sonra növbəti iş günü martın 28-nə təsadüf edir.