Qoç - Ciddi işlərin həllinə tələsməyin. Əks təqdirdə sizə mane olanlar tapılacaq. Əsas diqqətinizi istirahətə yönəldəsiniz. Dostlara, tanışlara baş çəkin.
Buğa - Qarşılıqlı münasibətlərdən tutmuş əməli fəaliyyətə qədər hər şey zövqünüzə uyğun olacaq. Uzaq səfərə çıxmaq, qonaq getmək olar.
Əkizlər - Gün ərzində canfəşanlığınızı artırmalısınız. Axşama yaxın sürprizlər mümkündür.
Xərçəng - İşgüzar sövdələşmələrinizin sayını artırmalısınız. Səhhətinizi qoruyun, mübahisədən qaçın.
Şir - Üzərinizə düşən başlıca vəzifə ədalətli qərarlar çıxarmaqdır. Baş verən situasiyaları düzgün qiymətləndirin.
Qız - Daxili sıxıntılarınız azalacaq. İmkan verməyin ki, sizi aldatsınlar. Sevgidə qətiyyət göstərin.
Tərəzi - Risk etməyə məhkumsunuz. Çünki ideyalarınızı gerçəkləşdirməkdən ötrü başqa yolunuz qalmayıb. İndi güzəştə getmək yalnız zərərinizə işləyə bilər.
Əqrəb - Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanlar qayğılarınızı unutduracaq.
Oxatan - Bəzi qanqaraçılıqlar gözlənilir. Səbr nümayiş etdirməlisiniz. Əmin olmadığınız proseslər barədə qəti fikir söyləməyin.
Oğlaq - Ətrafınızda olan insanların etibarsızlığından doğan sıxıntılar baş verəcək. Səhhətinizdə problemlər mümkündür.
Dolça - Kənardan kömək olmasa, nailiyyətə yetişə bilməyəcəksiniz. Təkbaşına heç bir iş görməməlisiniz. Bu gün yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.
Balıq - Gərgin situasiyalarla rastlaşacaqsınız. Təmkinli olun. Səfərə çıxmaq istəyirsinizsə, bunu səhər saatlarında reallaşdırın.