29 Mart 2016 12:41
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələb Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ənənəvi olaraq hər ilin əvvəlində təqdim etdiyi hesabat bu il ictimaiyyətə açıqlanmadı.

Səbəblər barədə Teleqraf.com-a açıqlama verən TQDK-nın mətbuat xidməti rəhbəri vəzifəsini icra edən Nəsimi Kazımov deyib ki, hesabatın hazırlanmasına bir neçə gün əvvəl yekun vurulub: “İstənilən ekspert və kütləvi informasiya vasitəsi hesabatı bizdən götürə bilər. Amma hesabatın xüsusi konfransla təqdimatı nəzərdə tutulmayıb”.

Nəsimi Kazımov hesabatı əldə etməyin çətin olmadığını, əvvəlki illərdəki kimi təqdimat keçirməyə ehtiyac görülmədiyini deyib.

Qeyd edək ki, TQDK hər ilin başlanğıcında (yanvar-fevral aylarında) kütləvi informasiya nümayəndələrinin və ekspertlərin iştirakı ilə yekun hesabat tədbiri keçirirdi. Tədbirdə komissiyanın keçirdiyi qəbul imtahanlarının nəticləri təhlil olunur, müvfiq yazılı hesabat ictimaiyyətə təqdim edilirdi.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər