26 Aprel 2016 12:52
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin məktəbəqədər hazırlıq qruplarında monitorinqlərə başlayıb.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, idarə rəhbərinin əmrinə əsasən, monitorinqlər məktəbəhazırlıq qrupları təşkil edilmiş 135 ümumtəhsil məktəbinin hazırlıq qruplarında keçirilir.

Məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

Aprelin 25-dən başlayan monitorinqlər mayın 6-dək davam edəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər