Bakı-Şamaxı yolunun 99-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
99 DD 805 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə 10 XF 015 dövlət nömrə nişanlı “Voksvagen” markalı mikro-avtobus toqquşub. Nəticədə “Opel”in sürücüsü xəsarət alıb, sərnişini Gəncə şəhər sakini Elvin Həsənov isə dünyasını dəyişib.
Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.
/axar.az/