Bakının Səbail rayonunda qumarxana aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşad Kərimovun və Mahir Əsədovun Səbail rayonu Nemanzadə küçəsində yerləşən kafedə qumar oyunları təşkil etmələri müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Hacı Zeynalov