Rusiya xüsusi xidmət orqanları Moskvanın “Proletar” metrostansiyasında olan bombanı zərərsizləşdirib.
Alınan məlumata görə, Rusiya hüquq mühafizə orqanları metroya yerləşdirilmiş 400 qramlıq partlayıcı maddəni aşkar edərək, təhlükəsiz əraziyə apararaq orada zərərsizləşdirib.
Hazırda partlayıcı maddənin metroya necə və kim tərəfindən keçirildiyi araşdırılmaqdadır.
/publika.az/