30 Yanvar 13:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun həkimi Sənan Mehdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Sənan Mehdiyevin şikayəti araşdırılıb, onun barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sənan Mehdiyevin barəsində 2 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər