Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Binə qəsəbəsi M.Ə.Sabir küçəsində qeydə alınıb. Həmin qəsəbə Atçılıq yaşayış sahəsində yaşayan Rüstəm Əliyev bıçaqlanıb. O, bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Bəxtiyar Əliyev tutulub. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov