Bakının Nərimanov rayonunda dələduzluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, iyulun 21-də Təbriz küçəsində iki nəfər naməlum şəxs Bakı şəhər sakini Samir Kamillinin mobil telefonunu baxmaq adı ilə alıb və aradan çıxıblar.
Samir Kamilli iki nəfərin dələduzluğu ilə üzləşməsi barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə şikayət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Sərxan Ələsgərov tutulub, digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Hacı Zeynalov