30 İyul 2014 13:20
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Bünyadabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Tofiq Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.
Nəticədə T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər