31 İyul 2014 14:36
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda ata və oğlunun yaralanması ilə nəticələnən yol qəzası olub.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 30-u saat 22 radələrində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini Tural Mirzəyev idarə etdiyi “VAZ-21014” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri - Sənan Məmmədov və onun oğlu Vüsal xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər