Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Elmar Ramazanova məxsus “VAZ-2107” markalı avtomobildən gödəkçə və içərisində sənəd olan pulqabı oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rövşən Bayramlı Şəmkir rayon mühafizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.
Məlum olub ki, Rövşən Bayranlı fevralın 2-dən 10-dək olan müddətdə rayon ərazisində 6 avtomobildən sənəd və məişət əşyaları oğurlayıb. Habelə oğurluq məqsədilə 1 avtomobilin şüşəsini sındırıb.
Faktla bağlı cinayət işi başlanıb.