1 Mart 2018 13:34
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 13-ə təyin edilib.

İttihama görə, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda baş verib. Əmircan qəsəbəsində 1981-ci il təvəllüdlü Sadiq Nəhmətov tanışı, 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi bıçaqlayaraq öldürülüb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sadiq Nəhmətov tutulub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Qətlə yetirilən Zahir Hacıağayev əvvəllər məhkum edilib. O, tüfeyli ("bomj") həyat yaşayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər