Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Antalyada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "TRT" telekanalı məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs Rusiyada rüşvətxorluq ittihamı ilə axtarışda olub. Şübhəli şəxs Ukrayna bayrağı altında üzən gəmidə keçirilən əməliyyatla saxlanılıb.
Rusiya vətəndaşı olan şübhəlinin gəmi ilə qaçmağı planlaşdırdığı məlum olub.