Bakının Nəsimi rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aprelin 5-də saat 19 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Abşeron rayon sakini Ədalət Nəbiyev idarə etdiyi “Daewoo” markalı 135 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Elmira Sultanovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş E.Sultanova aprelin 6-da orada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hacı Zeynalov