Şəkinin Oxud kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.