Teleqraf.com xəbər verir ki, bu barədə “World Beauty Congress”in Qafqaz ölkələri üzrə rəhbəri, bir çox yerli və beynəlxalq moda tədbirlərinin təşkilatçısı Aqil Məmiyev məlumat verib.
O, “Best Model of Azerbaijan”-2017 üçün yarışmanın başladığını elan edib: “Dekabr ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək, dünyanın öncül müsabiqələrindən sayılan «Best Model of the world – 2017” beynəlxalq model yarışmasında ölkəmizi təmsil etmək istəyənlər bizimlə əlaqə saxlasın. Ölkəni təmsil edən modellər bir başa “Best Model of Azerbaijan – 2017” tituluna sahiblənəcəklər”.