10 İyun 2015 22:09
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

A qrupunda birincilik uğrunda Yunanıstan, Macarıstan və Hollandiya mübarizə aparacaq.

Teleqraf.com xəbər verir ki, qadınlar arasında su polosu yarışlarının qaydalarına görə, Bakı 2015 turnirinin qalibi 6 ən yaxşı komandadan biri olacaq.

Məşqçilərin və mütəxəssislərin bir çoxu, A qrupundan Yunanıstan, Macarıstan, və Hollandiyanın, B qrupundan isə İspaniya, İtaliya və Rusiyanın növbəti mərhələyə keçəcəyini düşünür.

Digər komandalar isə bu turnirdə yaxşı təcrübə qazanıb, gələcəkdə böyük uğurlar əldə etmək üçün qatılır.

B qrupunu dəyərləndirən serbiyalı məşqçi Vladimir Dajkoviç bunları bildirib:

"Bizim qrupda böyük 6-lıqda olan bu 3 komanda qarşısında heç bir şansımız yoxdur. Bizim oyun keyfiyyətlərimiz onlarınkından olduqca geri qalır. Zəif olmağımızın əsas səbəblərindən biri komandanın gənc olması ilə bağlıdır. Yeni bir komanda qurub hər şeyi yenidən başlamağı planlaşdırırıq. Qrupumuzda yer alan Slovakiya və Fransa olan komandalarına qarşı mübarizədə uğur əldə edəcəyimizi ümid edirəm".

Favorit hesab edilən, 6 komanda isə çempionluq yarışında amansız mübarizə aparacaqlar. Belə ki, qrupun qalibi olan komandalar avtomatik olaraq, yarışların yarımfinal mərhələsinə yüksələcək. Qrup ikinciləri və üçüncüləri isə yarımfinala çıxmaq üçün dörddəbir finalda oynayacaqlar.

Yarış öncəsində Hollandiya, Macarıstan, və Yunanıstan A qrupunda digər rəqiblərindən üstün görününrlər. Qeyd edək ki, qrupun digər komandaları Böyük Britaniya, Almaniya və İsraildir.

Yunanıstan və Macarıstan 2014-cü il İstanbulda keçirilmiş Yeniyetmələr arasında Dünya Çempionatında ön sıralarda yer almaqla güclü olduqlarını sübut ediblər. Belə ki, Yunanıstan 3-cü, Macarıstan isə 4-cü yerin sahibi olub.

B qrupunda isə əsas mübarizə 2013-cü ildə Yeniyetnmələr arasında Avropa Çempionatında 2-ci yeri tutan İspaniya komandası ilə İtaliya və Rusiya arasında olacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər