11 İyun 2015 11:59
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın nüfuzlu dnoticias.pt xəbər portalı “Bakı-2015” ilk Avropa Oyunları münasibətilə Lissabon-Bakı marşrutu üzrə 7000 km məsafə qət edən velosipedçi səyyah Jorje Kriştovaonun səyahətindən bəhs edir.

Trend xəbər verir ki, portuqaliyalı Kriştovao aprelin 10-da Lissabonda start götürən yürüş zamanı Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, Türkiyə və Gürcüstan ərazisindən keçməklə Azərbaycana gəlib. Qeyd olunur ki, səyahətə ilk Avropa Oyunlarının ev sahibi şəhəri - Bakının Xəzər dənizi sahillərində yekun vurulub.

Kriştovao özü ilə açılış mərasimində aparılacaq Portuqaliyanın bayrağını gətirib. “Bakıda olmağıma görə çox şadam, burada mənə olan münasibətdən yaxşı mənada təəccübləndim” - deyə 53 yaşlı velosipedçi səyyah bildirib.


Müəllif:

Oxşar xəbərlər