Sabah start götürəcək Bakı-2015 I Avropa Oyunlarına tanınmış futbol ulduzları da biganə qalmayıb.
İspaniyanın “Atletiko” klubunun futbolçuları Fernando Torres, Arda Turan, Tyaqo Mendeş, Yan Oblak, Antuan Qrizmann və baş məşqçi Dieqo Simeone yarışla bağlı videoçarxda çəkilib.
Ulduzlar azarkeşlərə müraciət edib, onları Bakı-2015-i izləməyə çağırıblar. Onlar azarkeşləri bu idman anını iştirakçı və qonaqlarla birgə yaşamağa dəvət ediblər. Bununla da, “Atletiko” formasında da təbliğ etdiyi Avropa Oyunlarına növbəti töhfəsini verib.
Madrid təmsilçisinin formasında “Baku 2015 1st European Games” yazısı əks olunub.
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.