11.59
Azərbaycanın idman akrobatikası üzrə qadınlardan ibarət komandası I Avropa Oyunları çərçivəsində 27,680 xallıq nəticə ilə balans hərəkətləri üzrə akrobatika yarışlarında final mərhələsinə çıxıb.
Teleqraf.com-un məlumatına əsasən, komandanı yarışlarda Nərmin Ramazanova, Lalə Hüseynova və Aynur Hüseynova təmsil edib.
Təsnifat nəticələrinə görə, azərbaycanlı idmançılar beşinci yeri tutub.
10:08
Birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının növbəti mərhələsinə start verilib.
Trend-in məlumatına görə, kişilər və qadınlar arasında akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə təsnifat yarışları keçirilir.
Bədii gimnastikada qrup çoxnövlülüyü üzrə qaliblər bu gün müəyyən ediləcək.
11:23
Azərbaycan gimnastika yığması çoxnövçülük üzrə çıxış edib.
Uğurlu çıxış edən komandamız 16,650 xal toplamaqla 7-ci pillədə qərarlaşıb.
Yarışlar davam edir.
***
Qrup lent üzrə bədii gimnastika yarışları davam edir.
Cədvələ 17,350 xalla İspaniya və İsrail komandaları liderlik edir. Üçüncü yerdə 17,050 xalla Ukrayna komandası qərarlaşıb.
Yarışlar davam edir.