"Bakı 2015" Birinci Avropa Oyunlarının 7-ci günündə Azərbaycanla Fransanın kişilərdən ibarət voleybol komandaları qarşılaşıb.
Teleqraf.com xəvər verir ki, oyunu İspaniyadan olan Rodrigez Yativa Susana Mariya idarə edib. İkinci hakim Olqa Zaxarova olub. Birinci hissənin ilk texniki fasiləsinə Azərbaycan voleybolçuları geridə ayrılıb: 4-8. Voleybolçularımız ikinci texniki fasiləyə də məğlub yollanıb: 10-16. Komandamız ilk setdə qələbə qazana bilmədi: 17-25.
İkinci setdə də Azərbaycan komandası məğlubiyyətlə üzləşib: 25-16. Üçüncü hissədə də fransızlar qələbə qazanıb: 25-18.