19 İyun 2015 21:55
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər arasında stolüstü tennis üzrə fərdi yarışlarında final görüşü keçirilib. Almaniya tennisçisi Dmitriy Ovçarovla belaruslu Vladimir Samsonovun görüşü 4-3 hesabı ilə alman tennisçinin xeyrinə başa çatıb.

20:05

Kişilər arasında fərdi yarışlarda Ukraynalı Lei Kou Böyük Britaniyadan olan Paul Drinkhallı 4-2 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

18:39

Bakı İdman Zalında Hollandiya finalı yaşanıb. Eyni ölkəni təmsil edən Jie Li və Jiao Li qızıl medalın taleyinə aydınlıq gətirib.

Oyunu yüksək formada keçirən Jiao Li qızıl medal qazanıb.

17:25

Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların bürünc mükafatçısı məlum olub.

Teleqraf.com xəbər verir ki, Türkiyə idmançısı Mələk Hu slovakiyalı Yeva Odorovanı 4-1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

16:06

Kişilər arasında yarımfinal görüşlərində Almaniya tennisçisi Dmitriy Ovçarov Böyük Britaniyadan olan Paul Drinkhallı 4-2 hesabı ilə məğlub edərək finala çıxıb. Digər görüşdə isə belaruslu Vladimir Samsonov ukraynalı Lei Kou üzərində 4-1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

Qeyd edək ki, 3-cü yer uğrunda oyun saat 19:00-da final görüşü isə 20:00-da başlayacaq.

13:12

Qadınlar arasında birinci finalçı müəyyən olundu. Hollandiya təmsilçisi Li Jie slı sovakiyalı Eva Odorovanı 4-0 hesabı ilıə məğlub edib. Digər Hollandiya tennisçisi Li Jiao türkiyəli Hu Mələki 4-2 hesabı ilə məğlub edərək finala adlayıb.

Bürünc medal uğrunda oyun saat 16:30-da, final isə 17:30-da start götürəcək.

10:45

Birinci Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə fərdi yarışların yarımfinal mərhələsinə start verilib.

Teleqraf.com xəbər verir ki, qadınlar arasında birinci yarımfinalda Niderland və Slovakiya idmançıları görüşəcək. Finala çıxmaq üçün ikinci görüş isə Türkiyə və Niderland tennisçiləri arasında olacaq.

Kişilərin yarışında isə birinci yarımfinalda Almaniya və Böyük Britaniya, sonra isə Belarus və Ukrayna idmançıları mübarizə aparacaq.

Qadınlar arasında final saat 16:30-da, kişilərdə isə saat 19:00-da keçiriləcək.


Müəllif: