Çox sağ olsun bu gözəl xalq. Bakıda olmaq çox xoşuma gəldi. Azərbaycan azarkeşləri bizi çox mehriban qarşıladılar.
Bunu birinci Avropa Oyunlarında üç vəziyyətdə (diz üstə, uzanaraq, ayaq üstə) 50 metr məsafəyə kiçikçaplı tüfəngdən atəşaçma yarışlarının iştirakçısı, ukraynalı atlet Natalya Kalnış AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
“Bakı -2015” haqqında təəssüratlarını bölüşən ukraynalı idmançı deyib: “Azərbaycan Avropa Oyunlarına çox yaxşı hazırlaşıb. Əzəmətli stadion, əla idman qurğuları kompleksi, fasiləsiz olaraq ləziz Azərbaycan yeməklərinin verildiyi yeməkxana. Hər şey elə mükəmməl təşkil edilib ki, heyranlığımı ifadə etmək üçün söz tapa bilmirəm”.