20 İyun 2015 01:47
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Final görüşündə macar Riçard Boqnar mənə layiqli müqavimət göstərdi. Onun atəşləri sərrast idi. Amma lazımlı məqamda iradəmin gücü və diqqətimi toplamaq hesabına məqsədimə çata bildim. Mən əsaslı surətdə və yaxşı çıxış etməyə çalışdım və buna müvəffəq oldum. Bakıda Avropa Oyunlarında Rusiya yığmasına 25-ci qızıl medalı qazandırmağıma çox şadam və bundan qürur duyuram.

Bu sözləri 2006-cı ilin dünya çempionu, birinci Avropa Oyunlarında kişilər arasında qoşa səngər stendi yarışlarının qalibi, Rusiya təmsilçisi Vitali Fokeyev AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Bakıya səfəri və birinci Avropa Oyunlarının təşkili barədə təəssüratlarını bölüşən rusiyalı atlet deyib: “Birinci Avropa Oyunları mükəmməl təşkil olunub. Qısa müddətdə əzəmətli idman qurğuları inşa edilib. O dəqiqə hiss olunur ki, ölkənin güclü idman infrastrukturu var. 2014-cü ilin oktyabrında Qəbələdə Dünya Kubokunun yarışlarının finalında iştirak etmişəm. Amma Azərbaycanın paytaxtına ilk dəfədir gəlirəm. Çox gözəl şəhərdir, insanları da mehribandır. Ümumiyyətlə, Bakıda əsl Olimpiya ab-havası hökm sürür. Burada daim bayram ovqatı hiss edirsən”.


Müəllif:

Oxşar xəbərlər