Bakı Su İdman Mərkəzində I Avropa Oyunları çərçivəsində keçirilən suya tullanma yarışları davam edir.
Teleqraf.com xəbər verir ki, kişilər arasında 3 metr tramplin üzərindən tullanma yarışlarının ilkin raundunda 32 ölkə təmsilçisi bacarığını sınayacaq.
Yarışda ilk olaraq Azərbaycan atleti Danilov Artyom suya tullanacaq.
Bu gün ki, yarışlar saat 10.00-dan başlayaraq start götürəcək.
Qeyd edək ki, yarışların final mərhələsi saat 20.25-də başlayacaq.
*****
14.00
Teleqraf.com-un məlumatına görə, kişilərin 3 metr tramplin üzərindən tullanmadan ilkin mərhələdə ilk pilləni Rusiya təmsilçisi Molçanov İlia tutub. Böyük Britaniya atleti Hitli Ceyms ikinci pillədə qərarlaşıb. Üçüncü yeri isə Belarus idmançısı Naurozau Yuri tutub.
Azərbaycanlı atlet Danilov Artyom 17-ci yeri tutaraq final vəsiqə qazana bilməyib.
Teleqraf.com atletlərin siyahısını təqdim edir:
1. Azərbaycan - Danilov Artyom
2. İsveçrə - Raykof Simon
3. İtaliya- Kristofori Ruslan Adriano
4. Almaniya- Louçte Karlo
5. Böyük Britaniya - Hitli Ceyms
6. Monako - Kabiok İan-soren
7. Almaniya – Le Nguyen
8. Ukrayna – Rudenko Mikita
9. Avstriya – Hart Aleksander Mario
10. Yunanıstan – Molvalis Nikolas
11. Avstriya – Pail Mortiz
12. Macarıstan – Ligart Abel
13. Bolqarıstan – Koynaşki Bogomil
14. Ukrayna - Levçenko Vitali
15. İtaliya – Parko Françesko
16. Rusiya- Molçanov İlla
17. İsveçrə - Sukou Conatan
18. Belarus – Baroutski Artsiom
19. Fransa – Biş Qvendal
20. Fransa – Jandard Aleksis
21. Yunanıstan – Kotsiompis Konstantinos
22. Xorvatiya –Brezovak Xrvoje
23. Fransa- Deneuville Timote
24. Böyük Britaniya – Holden Cordan
25. Danimarka- Kristensen Martin
26. Xorvatiya – Melsa Curac
27. Serbiya – Curiç Mihalo
28. İspaniya – Sokorro Ramos Pablo
29. Bolqarıstan – İsayev Dimitar
30. Latviya – Peskisevs Corcs
31. Danimarka - Larsen Anderas
32. Belarusiya – Nauzarov Yuri
Rüstəm