"Azərbaycanı I Avropa Oyunlarında layiqincə təmsil etmək mənim üçün böyük fəxr və qürurdur".
Bunu Trend-ə Oyunların bədii gimnastika yarışlarında lentlə hərəkətlərdə gümüş medal qazanmış Marina Durunda deyib.
Onun sözlərinə görə, medalını bütün Azərbaycana, Gimnastika Federasiyasına, məşqçilərinə, yaxınlarına, azarkeşlərə həsr edir.
M.Durunda bildirib: “Məşq üçün bizə əla şərait yaradılmışdı, hər şey yüksək səviyyədə təşkil edilmişdi. Bu böyük əməyin bəhrələrini gördüyümü görə çox xoşbəxtəm. Rio-de-Janeyro olimpiadasına lisenziya qazanmaq üçün bizi qarşıda çətin yol gözləyir”.