23 İyun 2015 18:14
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci Avropa Oyunları karyeramda ən yaxşı yarışmadır və mən burada iştirak etdiyimə görə çox sevinirəm". Bunu Trend-ə Avropa Oyunlarında qılıncoynatma yarışlarında iştirak edən İtaliya idmançısı Alberto Pelleqrini deyib.

O bildirib ki, Avropa Oyunları çox vacib yarışmadır: "Düşünürəm ki, bu, idmançılara yeni təcrübə qazanmaq və özlərini təkmilləşdirmək üçün yaxşı bir şans yaradır. Əlimdən gələni edirəm ki, yaxşı nəticə qazanım və çalışacağam ki, ikinci Avropa Oyunlarına daha yaxşı hazırlaşım".

İtaliyalı qılıncoynadan vurğulayıb ki, Azərbaycan bu Oyunları çox yüksək səviyyədə keçirir: "Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm və ona görə də deyə bilərəm ki, Azərbaycan çox yaxşı təşkilatçılıq işləri görüb".

Azərbaycana ilk dəfə gəldiyini bildirən A.Pelleqrini ölkəmizi, Bakını çox bəyəndiyini deyib: "Bakıda gəzintiyə çıxdıq, Dənizkənarı Milli Parkda gəzdik. Bakı gözəl şəhərdir, insanlar çox mehriban və qonaqpərvərdir. Həm də Azərbaycanın dadlı milli xörəkləri var. Buraya gəlməkdən böyük zövq aldım".


Müəllif: