24 İyun 2015 13:52
331

I Avropa Oyunları təşkil edilməsinə və digər parametrlərinə görə Olimpiya Oyunlarına bənzəyir. Bunu Trend-ə üzgüçülük üzrə Çexiya komandasının üzvü Yakub Meloun deyib.

O bildirib ki, fikrimcə, Azərbaycan Olimpiya Oyunlarını qəbul etməyə hazırdır, atletlər kəndində idmançılar üçün yaradılmış şərait isə olduqca gözəldir.

Y.Meloun qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Paytaxtınız turistləri cəlb edən füsunkar şəhərdir. Bakıya yenidən yarışlarda iştirak etmək üçün gəlmək istərdim".


Müəllif: