"Bildiyiniz kimi, bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür. Buna görə qələbəmi ilk növbədə ailəmə, sonra isə səngərdə olan yoldaşlarımıza həsr edirəm".
Trend-in məlumatına görə, bunu jurnalistlərə italyalı rəqibinə qalib gələrək birinci Avropa Oyunlarında qızıl medal qazanan boksçumuz Elvin Məmişzadə deyib.
O bildirib ki, final döyüşü onun üçün çətin olmadı: "Rəqibimi əvvəlcədən tanıdığıma görə, döyüş mənim üçün normal keçdi. Asan qələbə qazandım. Final döyüşü keçirdiyim bütün döyüşlərdən asan oldu".