3 İyul 2015 00:29
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən idmançılarımızla bir yerdə Sidney, Pekin, London, Sinqapur çempionatlarında və lap bu yaxınlarda isə Bakıda çıxış etmişəm. Təşkilatçılıq səviyyəsinə görə birinci Avropa Oyunlarını ən yaxşı idman tədbirlərindən biri adlandırmaq olar.

Bu fikri boks üzrə Litva yığmasının məşqçisi Vladimir Bayevas AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Atletlər Kəndi ən yüksək səviyyədə təşkil edilib, yaşamaq üçün ideal şərait yaradılıb, idmançılar dadlı yeməklər və rahat avtobuslarla təmin olunub.

V.Bayevasın yetirmələri Avropa Oyunlarında 5-ci və 9-cu yerləri tutublar. Belə miqyaslı çempionatda ilk dəfə iştirak edən və 5-ci yeri tutan ağır çəkili (91 kq) atlet Mantas Valaviçis fərqlənib.

Litvalı məşqçi Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: "Demək olar, hər il Bakıda keçirilən dünya çempionatlarında iştirak etmişəm. Sonuncu dəfə biz boks üzrə "Böyük İpək Yolu" Beynəlxalq turnirində iştirak etmişik"

V.Bayevas deyib ki, hər dəfə gələndə paytaxtın simasının necə dəyişdiyini görür. Sahil bağı çox xoşuna gəlir və oranı paytaxtın ən gözəl yerlərindən biri hesab edir.


Müəllif:

Oxşar xəbərlər