3 İyul 2015 17:15
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” birinci Avropa Oyunları qarşıdan gələn Yay Olimpiya Oyunları öncəsi möhtəşəm idman yarışı oldu”. Bu sözləri birinci Avropa Oyunlarında Macarıstan komandasının rəhbəri Laslo Fabian söyləyib.

Komanda rəhbəri vurğulayıb ki, bu mötəbər yarış rəsmən Olimpiya Oyunları adlandırılmasa da, Azərbaycan dövləti, “Bakı-2015” Təşkilat Komitəsi, Avropa Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi atletlərin özlərini əsl Olimpiya Oyunlarında hiss etmələri üçün mümkün olan hər cür şəraiti təmin etmişdi.

L.Fabian xüsusi vurğulayıb ki, Bakı və bütövlükdə Azərbaycan Olimpiya Oyunlarını keçirməyə tam hazırdır. O deyib: “Azərbaycan hökuməti namizədliyinin yenidən irəli sürülməsi məsələsini nəzərdən keçirir. Axı, Olimpiadaya lazım olan idman obyektlərinin 80-90 faizi artıq inşa edilib. Amma Budapeşt də Bakıdan geri qalmır. Bu həftə Macarıstan parlamenti 2024-cü il Paralimpiya Oyunlarının Budapeştdə keçirilməsi üçün namizədliyinin irəli sürülməsi məsələsini müzakirə edəcək.

Avropanın öz Oyunlarını keçirməyən sonuncu qitə olduğunu vurğulayan L.Fabian deyib: “Çox yaxşı ki, Azərbaycan bu təşəbbüsü öz əlinə aldı və birinci oldu. Bu, bütün Avropa idmançılarının mübarizə əzmini gücləndirəcək və Avropada Olimpiya ruhunu möhkəmləndirəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər