2 Noyabr 08:48
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezidentliyə naçizədlər arasında qarşılıqlı ittihamlar pik həddə çatıb.

Teleqraf.com xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, onun demokrat rəqibi Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ və Rusiya və ya Çin arasında danışıqların öhdəsindən gələ bilməyəcək.

“Kamala Harrisin Rusiya və ya Çinlə nüvə müharibəsi barədə danışmasına etibar edərdinizmi? Düşünmürəm. Bizi iqtisadi böhrandan çıxaracağına inanardınızmı? Düşünmürəm. Çox zəif və səriştəsiz, son dərəcə aşağı IQ-ya malik bir insana böyük güc verməkdən daha təhlükəli bir şey yoxdur", - deyə o bildirib.

Demokratlar Partiyasından namizəd Kamala Harris isə hesab edir ki, onun rəqibi Donald Tramp dövlət başçısı postuna namizəd olmaqdan kənarlaşdırılmalıdır.

O, bu barədə D.Trampın 2017-2023-cü illərdə Vayominq ştatından ABŞ Nümayəndələr Palatasının üzvü olan respublikaçı Liz Çeyni haqqında dediklərini şərh edərkən bildirib.

"Bu, diskvalifikasiya faktoru olmalıdır. ABŞ-nin prezidenti olmağa can atan və bu cür zorakı ritorikadan istifadə edən hər kəs açıq-aşkar acizdir və prezident olmaq üçün yararsızdır", - deyə Harris bildirib.

Daha əvvəl D.Tramp seçkilərdə K.Harrisi dəstəkləyən Liz Çeynini “radikal müharibə şahini” adlandırıb və həmçinin “ona silah tuşlansa” özünü necə aparacağı ilə bağlı fikir bildirib.

Qeyd edək ki, L.Çeyni 2001-2009-cu illərdə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışmış respublikaçı Dik Çeyninin qızıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər