"Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Rusiyanın Ermənistanın bu quruma daxil olmasına münasibəti yaxşı məlumdur. Beynəlxalq Cinayət Məhkəməsi əvvəllər bir neçə rusiyalı məmurun həbsi üçün order verib və buna görə də İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur" - Zaxarova deyib.
Qeyd edək ki, bu il fevralın 1-də Ermənistan 2023-cü il oktyabrın əvvəlində Roma Statutunu ratifikasiya etdikdən sonra rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olub