Qırğızıstanla Tacikistan arasında sərhəd probleminin həlli başa çatıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Şurası açıqlama yayıb.
Yazılı açıqlamaya görə, Qırğızıstanın Batken şəhərində iki ölkənin sərhəd delimitasiya komissiyalarının rəhbərləri arasında görüş olub.
Görüş zamanı iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri Qırğızıstan-Tacikistan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı razılığa gəlib və sərhəd xəttinin çəkilişini başa çatdırıblar. Sərhədlərin müəyyənləşdirilməsi prosesini başa çatdıran nümayəndə heyətlərinin başçıları sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yekun sənədlərin hazırlanmasını iki ölkənin işçi qruplarına tapşırıblar.
Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı təxminən 970 kilometrlik sərhədin 500 kilometrində mübahisəli olub. Son illər mübahisəli sərhəd xəttində iki ölkə vətəndaşları ilə sərhədçilər arasında tez-tez toqquşmalar baş verib.