4 Dekabr 22:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bitkoin və digər rəqəmsal valyutalar inkişaf edəcək, dolların taleyindən asılı olmayaraq heç kim onlara qadağa qoya bilməyəcək".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VTB forumunun plenar iclasında deyib.

“Məsələn, Bitkoini kim qadağan edə bilər? Heç kim. Digər elektron ödəniş vasitələrindən istifadəni kim qadağan edə bilər? Heç kim!” - Putin bildirib.

Onun sözlərinə görə, texnologiyanın inkişafı qaçılmaz bir prosesdir, dolların bununla heç bir əlaqəsi yoxdur.


Müəllif: Arzu

Oxşar xəbərlər