Ukrayna ordusuna əsir düşən Şimali Koreya zabiti ağır yaralardan ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.
Koreyalı hərbçinin bu gün vəfat etdiyi bildirilib.
“Dekabrın 26-da sağ-salamat əsir götürülən Şimali Koreya hərbçisinin aldığı yaralar pisləşdikdən qısa müddət sonra öldüyünü dost ölkənin kəşfiyyat xidməti vasitəsilə təsdiqlədik”, - kəşfiyyat qeyd edib.
Şimali Koreya hərbçisi Rusiyanın Kursk vilayətində gedən döyüşlərdə yaralandıqdan 3 gün sonra əsir götürülüb.