27 Dekabr 16:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin üzvləri Azərbaycan səfirliyinə baş çəkiblər.

Teleqraf.com xəbər verir ki, Regional siyasət komitəsinin sədri İrakli Kadaqişvili, Təhsil, elm və gənclərlə iş komitəsinin sədri Givi Mikanadze və onun müavini Paata Salia Azərbaycan xalqına başsağlığı veriblər.

Parlament nümayəndələri aviaqəza ilə bağlı dərin kədərlərini ifadə ediblər və xatirə kitabına başsağlığı sözlərini yazıblar.

Bu gün səfirliyi başsağlığı üçün Gürcüstanın mədəniyyət və idman nazirini müavini Beka Davituliani, Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyasının sədri David Narmaniya və digər rəsmi şəxslər də ziyarət ediblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər