10:46
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Lloyd Ostin, Rusiyanın Ukrayna ilə müharibədə üstün tərəf olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, Pentaqon rəhbəri bu barədə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Eyni zamanda, Birləşmiş Ştatların müdafiə naziri müəyyən üstüntlüklərə baxmayaraq, Rusiyanın tamamilə dominantlıq etmədiyini də vurğulayıb.

Qeyd edək ki, Lloyd Ostin bu gün Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə 25-ci iclasına sədrlik edəcək.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər