ABŞ Ukraynaya 500 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayıracaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin açıqlayıb.
Pentaqon rəhbəri məsələ ilə bağlı Almaniyanın Ramşteyn aviabazasında keçirilən Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə 25-ci iclasında açıqlama verib.
“Bu gün mən 500 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edirəm ki, bu paketə Ukrayna "F-16"larını dəstəkləmək üçün zenit raket kompleksləri, döyüş sursatı, “hava-yer” raketləri və digər avadanlıqlar daxil olacaq”, - deyə Ostin bildirib.