Almaniyada seçkiqabağı toplantı zamanı bir qadın keçmiş maliyyə naziri Kristian Lindnerin üzünə saxta tort atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Lindner hadisədən sonra çıxışına davam edib.
Hadisə şahidləri bildiriblər ki, tort təraş köpüyündən hazırlanıb.
Nazir deserti dadıb və onun qaymaqlı olmadığını bəyan edib.