9 Yanvar 13:19
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum şahmatçı Vüqar Həşimovun anası Aida Həşimovanın səhhəti normaldır.

Bu barədə Teleqraf.com-a onun oğlu Sərxan Həşimov məlumat verib.

“Anam evdədir, səhhəti yaxşıdır. Hər şey qaydasındadır”, - deyə o bildirib.

Qeyd edək ki, ötən il dekabrın 3-də yaşadıqları evdə səhər saatlarında baş verən partlayış nəticəsində Qasım Həşimov və həyat yoldaşı Aida Həşimova xəsarət alıblar.

Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Qasım Həşimov dünən vəfat edib. Mərhum bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər