11:40
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dolları yen, sterlinq və avro qarşısında bahalaşıb.

Teleqraf.com Reuters-ə istinadən xəbər verir ki, avro 0,18 faiz ucuzlaşaraq 1,030 dollara düşüb. İnvestorlar Aİ-nin vahid valyutasının bu il 1 ABŞ dollarına düşəcəyindən narahatdılar.

Funt sterlinq təxminən 0,68% dəyər itirərək 1,230 dollar təşkil edib.

Dolların indeksi 109,11 səviyyəsində olub və ötən ilin noyabrın əvvəlində ABŞ-da keçirilən seçkilərdən sonra indeks 5% artıb.

Yen 158,55-ə yaxın altı aylıq minimuma çatdıqdan sonra gün ərzində bir az möhkəmlənərək bir dollar üçün 158,10 səviyyəsinə yüksəlib. Keçən il yen dollara nisbətdə 10%-dən çox dəyər itirib.

Rusiya valyutasına gəlincə, rubl dollara nisbətdə 2,15 % ucuzlaşıb. Bir dollar 102 rubla bərabər olub.


Müəllif: Aysel Naibova