NATO-nun baş katibi Mark Rutte alyans ölkələrini mübarizəni davam etdirməsi üçün Ukraynaya bütün yardımları erməyə çağırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, onun çıxışı alyansın mətbuat xidməti tərəfindən "YouTube"də yayımlanıb.
“Biz mümkün olan hər şeyi etməliyik ki, Ukrayna döyüşü davam etdirsin. Bu döyüşdə qalib gəlmək üçün onları təlim və avadanlıqla təmin edək”, - NATO-nun baş katibi deyib.
Ruttenin sözlərinə görə, Ukraynadakı münaqişənin qlobal təhlükəsizliyə birbaşa təsiri var. O, Qərb dövlətlərini Ukrayna tərəfinin təşəbbüsü ilə danışıqlara başlamazdan əvvəl Kiyev üçün ən yaxşı mövqenin təmin edilməsinə köməyə çağırıb.