9 Yanvar 19:13
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Moldovadakı müvəqqəti işlər vəkili Aleksandr Andreyev Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Rusiya səfirliyinin nümayəndəsi Moskvanın Dnestryanı bölgədəki enerji böhranının Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradıldığı barədə bəyanatları ilə əlaqədar çağırılıb.

Moldova Xarici İşlər Nazirliyinin mətbuat katibi Tatyana Barak bildirib ki, bu cür bəyanatlar Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.


Müəllif: Arzu

Oxşar xəbərlər