"NATO ölkələri Ukraynaya yeni tank partiyaları verməyə hazırlaşır".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Qərb ölkələrinin Ramşteyn aviabazasında keçirilən iclasında deyib .
“Mən indicə koalisiyamız üçün yol xəritəsini təqdim etdim. İlk növbədə, Ukrayna üçün zirehli maşınların sayı artırılmalıdır. Bu görüşdə iştirak edən bütün ölkələr Ukrayna üçün növbəti ianələrə hazırlaşır”, - Polşalı nazir qeyd edib.
Kosiniyak-Kamış vurğulayıb ki, Varşava da Kiyev üçün növbəti dəstək paketi hazırlayır.
"Biz bacardığımız hər şeyi çatdırırıq, lakin Polşanın təhlükəsizlik sərhədini keçmirik" - nazir deyib .