Türkiyənin Yaxın Şərqdə artan təsiri ilə bağlı İsraildə təhlükəsizlik toplantısının keçirildiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşrə danışan iki İsrail rəsmisinin sözlərinə görə, toplantıda Türkiyənin bölgədə artan gücü və bunun İsrailə mümkün təsirləri müzakirə edilib.
Toplantıda İsrail müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Herzi Halevi və bəzi yüksək səviyyəli rəsmilərin iştirak etdiyi vurğulanıb.
İclasın Türkiyənin Yaxın Şərqdə artan təsiri və bunun nəticəsində İsrailə qarşı təhdid səviyyəsində dəyişiklik olub-olmadığını müzakirə etmək üçün keçirildiyi qeyd edilib.
İsrail rəsmisi deyib ki, Türkiyənin bölgədə artan nüfuzu ilə bağlı Baş nazir Benyamin Netanyahunun da yaxın günlərdə toplantı keçirməsi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Netanyahunun göstərişi ilə yaradılan Naqel Komitəsinin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı son hesabatında İsrail rəhbərliyinin Türkiyə ilə mümkün müharibəyə hazır olması təklif edilib.